featured-image-41438

“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin meneceri Srdjan Yeremiç bu keçidi dəyərləndirib.

Msport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında danışıqların qısa sürdüyünü bildirib.

Menecer Bojoviçin gələcəkdə yenidən Rusiyada çalışmasının mümkünlüyünü də vurğulayıb:

“Neftçi” ilə danışıqlar çox sürətlə getdi. Klub Miodraqla maraqlandı və iki gün ərzində hər şey bitdi. O, bir il yarımlıq müqavilə imzalayıb. Bojoviç Rusiyaya çox isti münasibət bəsləyir. Lakin onun üçün maraqlı olacaq konkret variantlar yox idi. Ancaq gələcəkdə Rusiyadan gələn təkliflərə həmişə açıqdır”.

Qeyd edək ki, Miodraq Bojoviç “Neftçi”də Adrian Mutunu əvəzləyib.

Bənzər xəbərlər