featured-image-35452

“Futbolda hər oyun və rəqib önəmlidir. İşimizə ciddi yanaşıb, yaxşı hazırlaşmalıyıq”.

Msport.az xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Superliqanın ilk turunda “Fatih Karagümrük”ə qarşı oyundan öncə mətbuat konfransında deyib.

71 yaşlı mütəxxəssis bildirib ki, çempionata qələbə ilə başlamaq vacibdir: “Rəqib cəsur futbol oynayan yaxşı komandadır. Onlar da mövsümə uğurlu start vermək istəyirlər. Start fitindən son dəqiqəyə qədər nəzarət bizdə olmalıdır. “Neftçi” ilə matçın sonlarında yaşadığımız sıxıntı bizə dərs olmalıdır. Futbolda rəqib kim olur-olsun, oynamağına icazə versən, problem yayacaqsan”.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında Bakıda keçirilən ilk oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə avqustun 17-də İstanbulda baş tutacaq.

Bənzər xəbərlər