"Neftçi" "İmişli"ni məğlub edə bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tur start götürüb.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Yarışın debütantı “İmişli” “Neftçi” ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb – 0:0.
Son çempion “Qarabağ” isə evdə “Sumqayıt”la qarşılaşacaq. Oyuna saat 19:30-da start veriləcək. Bu, “Qarabağ”ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olacaq.
Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda “Sabah” – “Qarabağ” matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.
22 avqust (cümə)
17:00. “İmişli” – “Neftçi” – 0:0 (İkinci hissə)
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu
19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”
23 avqust (şənbə)
“Kəpəz” – “Karvan-Yevlax”
24 avqust (bazar)
“Şamaxı” – “Sabah”
“Turan Tovuz ” – “Araz-Naxçıvan”
25 avqust (bazar ertəsi)
“Qəbələ” – “Zirə”