featured-image-47733

Azərbaycan Premyer Liqasının 34-cü turunda keçiriləcək “Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar. “Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, mayın 10-da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

Bənzər xəbərlər