“Neftçi” legioneri ilə müqaviləni ləğv etdi
Macarıstanlı müdafiəçi Mark Tamaş “Neftçi” ilə vidalaşıb.
Msport.az “Nemzeti Sport”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Oyunçunun bir neçə klubun diqqət mərkəzində olduğu vurğulanıb.
Qeyd edək ki, 2023-cü ildə “Neftçi”yə keçən oyunçunun sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.