featured-image-41643

“Neftçi” komandası futbolçusu Aaron Olanare ilə yollarını ayırıb.

“Ağ-qaralar”ın mətbuat xidmətindən Msport.az saytına verilən məlumata görə, 29 yaşlı nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, A.Olanare mövsümün əvvəlindən paytaxt təmsilçisində çıxış edirdi. Futbolçu “Neftçi”nin heyətində 15 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər