featured-image-18939

“Neftçi” Mamadu Mbodjla yollarını ayırır.

Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi artıq əsas heyətdən uzaqlaşdırılıb. Seneqallı müdafiəçinin paytaxt klubu ilə hələ ilyarımlıq müqaviləsi olsa da, qışda anlaşma qarşılıqlı razılıq əsasında pozulacaq.  Mbodj cari mövsümdə “Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb.

“Neftçi” Mbodjla yanaşı, qışda Pato ilə də yollarını ayıracaq. Braziliyalı futbolçu heç cür öz potensialını ortaya qoya bilmədi və əsas heyətə düşməkdə problemlər yaşadı.

Qeyd edək ki, Mbodjla bağlı xəbəri ilk olaraq futbolinfo.az saytı yayıb.

 

 

Bənzər xəbərlər