featured-image-37856

Rumıniyanın “Rapid” klubunun sahibi Dan Şuçu Adrian Mutunun komandadan ayrılaraq “Neftçi”yə baş məşqçi təyin olunması haqda danışıb.

Msport.az xəbər verir ki, o, “Fanatik”ə açıqlamasında Mutunun “Neftçi”dən 5-6 qat daha yüksək məvacib təklifi aldığı üçün “Rapid”də qalmadığını bildirib:

“Xəyanət haqda danışmaq asandır, amma yüksək iqtisadi təzyiqi və beş-altı dəfədən çox maaş təklifi alırsa, çətindir. Mutunu saxlamaq üçün danışıqlar apara bilərdim, ancaq maaş fərqi böyük idi”.

Qeyd edək ki, 2022/2023 mövsümündə “Rapid”i çalışdıran Mutu bu ilin iyul ayında “Neftçi”nin baş məşqçisi təyin olunub.

Bənzər xəbərlər