featured-image-41633

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Msport.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib

Bənzər xəbərlər