“Neftçi”nin baş məşqçisi Rusiyaya gedəcək
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç gələn ay Rusiyaya gedə bilər.
Msport.az xəbər verir ki, bu barədə monteneqrolu mütəxəssisin özü açıqlama verib.
O bildirib ki, martda Rusiya və Serbiya yığmaları arasında keçiriləcək yoldaşlıq matçını izləmək istəyir: “Bu, mənim üçün ən yaxşı xəbərdir! İmkan olarsa, Rusiyaya gəlib yoldaşlıq görüşünə baxmağa hazıram. Əgər UEFA Avropa yığması ilə oyuna icazə veribsə, deməli, Rusiya futbolu haqda müsbət fikirdədir. UEFA-nın bu tip matçlara icazə verməsi digər ölkələr üçün bir siqnaldır. Yeganə məsələ Rusiya idmanının beynəlxalq arenaya qayıdışıdır. İdman ölkələri bölməli deyil, birləşdirməlidir”.
Qeyd edək ki, Rusiya – Serbiya matçı martın 21-də Moskvadakı “Dinamo” stadionunda keçiriləcək.