featured-image-41918

“Neftçi”nin futbolçusu Yuri Matias komandanın sabiq baş məşqçisi Adrian Mutunun “ağ-qaralar”da uğursuz olmasının səbəbini açıqlayıb.

Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə Rumıniyanın “Digi Sport” nəşrinə müsahibəsində bildirib.

O, mütəxəssisin yayda komandanı yaxşı hazırlaşdıra bilmədiyini və yeni oyunçuların kollektivə gec qoşulduğunu söyləyib: “Neftçi”də baş məşqçi dəyişikliyi olub. Ümid edirik ki, Miodraq Bojoviç yaxşı iş görəcək”.

Qeyd edək ki, Yuri Matias Premyer Liqanın ilk yarısında keçirdiyi 16 oyunda 4 qol vurub.

Bənzər xəbərlər