featured-image-44298

“Bizim üçün ağır qarşılaşma olacaq”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kilan Lebon Premyer Liqanın XXV turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi hər iki komanda arasında rəqabətin olduğunu söyləyib: “Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün yaxşı oyunçularımız da var. Amma hər şey bəzən bizim istədiyimiz kimi olmur”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu martın 3-də saat 19:00-da başlanacaq.

Bənzər xəbərlər