“Neftçi”nin futbolçusu “Qarabağ”la oyunu buraxacaq
“Neftçi” “Qarabağ”a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçına itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, Eddi İsrafilov 0:4 hesabı ilə uduzduqları ilk qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb.
İsrafilov 1/4 finalın “Sumqayıt”la səfər (3:2) matçında da sarı vərəqə aldığı üçün 2-ci xəbərdarlığa görə qarşıdakı oyunu buraxacaq.
Qeyd edək ki, yarımfinalın cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçı aprelin 24-də keçiriləcək.