"Neftçi"nin futbolçusu üçün il bitdi
Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Eddi İsrafilov üçün il vaxtından tez başa çatıb.
Bu barədə Msport.az saytına klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda zədələnən 30 yaşlı yarımmüdafiəçi meydana iynənin köməyi ilə çıxmışdı: “Onsuz da zədəli idi. Çox güman ki, “Şamaxı” ilə Premyer Liqanın XVIII tur matçında ona şans verilməyəcək. Müalicəsi davam edir. Məşqçilər heyəti riskə getməyəcək”.
Qeyd edək ki, Eddi İsrafilov oyunun 55-ci dəqiqəsində zədələnərək yerini Ömər Buludova verib.







