featured-image-44721

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə qarşılaşacaq “Neftçi” heyətdəki itkilərini açıqlayıb. Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər Əliyev, Ataa Caber qapıçı Emil Balayev Gəncə təmsilçisi ilə oyunu buraxacaqlar.

Hazırda fərdi məşqlərlə kifayətlənən Əliyev gələn həftədən komanda ilə birgə hazırlığa qoşula biləcək. Balayev və Caberin müalicəsi isə davam edir.

Xatırladaq ki, “Kəpəz” – “Neftçi” oyunu martın 9-da saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

Bənzər xəbərlər