featured-image-39141

“Neftçi”nin futbolçusu Yuri Matiasın cəza müddəti açıqlanıb.

Msport.az xəbər verir ki, Premyer Liqanın XI turunda “Sabah”a qarşı keçirilən görüşün 90+3-cü dəqiqəsində qırmızı vərəqə alan braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

28 yaşlı legioner həm də klubunun 500 manat cərimələnməsinə səbəb olub.

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.

Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər