"Neftçi"nin legionerinin cəzası ilə bağlı qərar
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Msport.az xəbər verir ki, yığıncaqda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.
Müraciət qismən təmin edilib. Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşlərə kənar əşya atan Ervin Koffinin cəzası yüngülləşdirilib.
2 oyun cəzalanan legionerə tətbiq olunan diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 matçı şərti xarakter daşıyacaq. Ona 3 ay sınaq müddəti təyin edilib. “Neftçi”nin 2000 manat cərimə edilməsi ilə bağlı qərar dəyişməz qalıb.