featured-image-77213

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 28-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Zirə” – “Neftçi” və “Qarabağ” – “Sabah” matçlarındakı epizodları şərh edib.

R.Həsənov baş hakim İnqilab Məmmədovun “Zirə” – “Neftçi” görüşündə Brahim Konatenin qol epizodunda yanlış qərar verdiyini açıqlayıb.

Bundan başqa, R.Həsənov “Qarabağ” – “Sabah” oyununda baş hakim Elçin Məsiyevin 90-cı dəqiqədə yanlış qərar verdiyini bildirib.

AFFA Hakimlər Komitəsinin sədrinin epizodları təhlil etdiyi həmin videonu təqdim edirik.

Bənzər xəbərlər