"Neftçi"nin sabiq futbolçusu klubsuz qaldı
“Neftçi”nin sabiq futbolçusu Mateo Mujek klubsuz qalıb.
Msport.az Albaniyanın “Boldnews” nəşrinə istinadən xəbər verir ki, “Dinamo Tirana” klubu 29 yaşlı müdafiəçi ilə yollarını ayırıb.
Qeyd edək ki, 2017/2018 mövsümünün ilk yarısında “Neftçi”də çıxış edən oyunçu Premyer Liqada cəmi iki matçda meydana çıxıb.