featured-image-47191

AFFA-nın Appelyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib. Msport.az xəbər verir ki, paytaxt klubu Əvəzedicilər Liqasının XXIX turu çərçivəsində baş tutan “Neftçi-2” – “Sumqayıt-2” oyununda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanan Ağadadaş Salyanski ilə bağlı şikayət edib.

Tribunal futbolçunun 4 oyun cəzalanması, komandanın isə  300 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 09 aprel 2024-cü il tarixli qərarını qüvvədə saxlayıb. 

Xatırladaq ki, gənc hücumçu adıçəkilən oyunda rəqib komandanın baş məşqçisi Vaqif Cavadova qarşı qeyri-etik jest etmişdi.

“Neftçi-2” öz meydanında keçirilən görüşdə “Sumqayıt”ın əvəzedicilərinə 1:3 hesabı ilə məğlub olmuşdu.

Bənzər xəbərlər