“Neftçi”nin yeni idman direktoru komanda ilə görüşüb
“Neftçi”nin yeni idman direktoru Yens Andersson Azərbaycan Premyer Liqasının 11-ci turunun “Sabah”la oyunundan öncə komandanın üzvləri ilə görüşüb.
Msport.az xəbər verir ki, isveçli mütəxəssis futbolçulara qarşıdakı matçda uğurlar arzu edib.
Zədəlilər Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu və taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 29-da, saat 18:30-da “Neftçi Arena”da keçiriləcək.