featured-image-43223

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Msport.az-ın məlumatına görə, sonuncu cavab matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”da reallaşan qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Meydan sahiblərinin heyətində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən “Neftçi” yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la üz-üzə gələcək.

Bənzər xəbərlər