featured-image-74550

“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunun təxirə salınmasını istəyir.

Msport.az xəbər verir ki, Azərbaycan derbisi fevralın 21-də “Palms Sport Arena”da keçirilməlidir.

Ağdam təmsilçisi fevralın 18-də və 24-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. Bu səbəbdən də “Qarabağ” prinsipial rəqiblə oyunun təxirə salınmasını arzulayır. Hətta Qurban Qurbanov da “Turan Tovuz”la matçdan sonra mətbuat konfransında bu məsələyə toxunmuşdu.

İş ondadır ki, görüşün təxirə salınması üçün hər iki tərəfin razılığı lazımdır. “Neftçi” azarkeşləri isə kluba təxyiq göstərərək oyunun başqa vaxta keçiriilməsinə razılıq verilməməsini tələb edirlər. Əslində “ağ-qaraların” rəhbərliyi də oyunun təyin olunan vaxtda keçirilməsinin tərəfdarıdırlar. Komanda son turda “Araz Naxçıvan”a qarşı əla oyun göstərib və 4 qol vurub. Belə vəziyyətdə formada olan bir dövrdə  matçın təxirə salınması onları qane etmir.

“Neftçi” azarkeşlərindən biri Elnur Şərifli sosial medada kluba müraciət ünvanlayıb: “Neftçi” PFK açıq danışaq ki, sizin idarəetmə qabiliyyətinizdən xoşumuz gəlmir. Hər sezon “Neftçi”mizin uğursuzluğunu gördükcə haqlı olaraq bütün əsəbimizi sizə tökmüşük. Çünki 10 ildən çoxdur ki, bizim sağlamlığımızla oynayıb ömrümüzü yeyibsiniz.

Ancaq ilk dəfədir ki, bir ümid işığı görürük. Bu azarkeş illərdir ki, nəticə verə bilməyən komandadan heç vaxt üz döndərməyib. Heç vaxt da uğur azarkeşi olmamışıq.
Bu dəfə erkəklik, güclü iradə göstərin və bu azarkeşin yanında durun. Əgər “Qarabağ” ilə oyunun təxirə salınmasına razı olsanız, şəxsən sizi bağışlamayacağam. Aramızdakı buzları əritmək və bu itirilən illər üçün azarkeşin könlünü almaq istəyirsinizsə sonuna qədər dirənin və bu matçı oynadın!
“Qarabağ”, siz də çıxın adam kimi oyununuzu oynayın. Millət daş karxanasında günü 10 manata səhərdən axşama daş daşıyır. Peşəniz futboldursa, əgər belə güclüsünüzsə, çıxıb oyununuzu oynayarsınız. Millətin arasında boş yerə nifaq salmayın.
Layiq olan qazansın!
Nəticədən asılı olmayaq, sonuna kimi Flaqman “Neftçi”!

Bənzər xəbərlər