featured-image-42285

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Msport.az-ın məlumatına görə, 2024-cü ilin ilk matçında “Sabah” “Neftçi”ni qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

29-cu xalını qazanan “Neftçi” ikinci sıradakı “Zirə”yə çatıb. Meydan sahibləri hazırda 23 xalla 7-cidir.
Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.

—————————————————————————————–

Bu gün Azərbaycan Premyer Liqasında XIX tur bir oyunla başlanacaq.

Msport.az xəbər verir ki, ilin ilk matçında “Neftçi” “Sabah”ın qonağı olacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək. “Ağ-qaralar” 28 xalla 3-cü, meydan sahibləri 22 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, XIX turun digər görüşlər 22-23 yanvarda gerçəkləşəcək.

Bənzər xəbərlər