featured-image-38374

Bu gün “Neftçi”nin veteran futbolçusu Rasim Abuşovun 60 yaşı tamam olur.

Msport.az xəbər verir ki, bu münasibətlə klubun baş icraçı direktoru Fərrux Mahmudov milli komandamızın sabiq üzvünü təbrik edib.

Hazırda Rusiyanın Stavropol şəhərində yaşayan keçmiş yarımmüdafiəçi ilə telefon vasitəsilə əlaqə saxlayan klub rəhbəri “Neftçi” ailəsi adından yubilyara ən xoş arzularını çatdırıb.

Gstərilən diqqətə görə Mahmudova təşəkkürünü bildirən veteran futbolçu “Neftçi” ailəsinin hər bir üzvünə salamlarını göndərib.

Qeyd edək ki, 1986-1994, 1995-1997-ci illərdə “Neftçi”nin heyətində 213 oyun keçirib, 27 qol vuran Rasim Abuşov “ağ-qaralar”la Azərbaycan çempionatının (1992, 1996, 1997), kubokunun (1996) və Superkubokunun (1993) qalibi olub.

Bənzər xəbərlər