“Neftçi” – “Spartak” matçının başlama saatı bilindi
“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, görüş saat 18:00-da başlanacaq.
Biletlərin tezliklə satışa çıxarılacağı vurğulanıb.
Qeyd edək ki, qarşılaşma martın 23-də “Neftçi Arena”da olacaq.