featured-image-59817

Polşanın “Motor” klubunda çıxış edən hücumçu Samuel Mraz karyerasını Azərbaycanda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Futbolnews.pl” məlumat yayıb.

Premyer Liqanın lideri “Qarabağ” və “Neftçi” 27 yaşlı futbolçu ilə maraqlanırlar.

Qeyd edək ki, ötən ilin fevralında “Motor”a keçən Slovakiya millisinin sabiq üzvünün müqaviləsinin müddəti yayda başa çatmalıdır. Son olaraq 2022-ci ildə yığmaya cəlb olunan forvard millidə 5 matça çıxıb.

Bənzər xəbərlər