featured-image-37384

Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası tərəfindən araşdırılıb.

Msport.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin yerini dəyişdirib.

Belə ki, şənbə günü keçiriləcək “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində olacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Bənzər xəbərlər