featured-image-41677

“Hamı deyirdi ki, Azərbaycanda nə işin var”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Melvin Platye Azərbaycandakı karyerası barədə danışarkən deyib.

Niderlandlı hücumçu bildirib ki, “ağ-qaralar”dan təklif alarkən Polşa və Bolqarıstan variantları da olub: “Amma mən sonda Azərbaycanı seçdim. Düşündüm ki, sadəcə, müqavilə bağlayacağam. Amma orada hətta Çempionlar Liqasının birinci təsnifat mərhələsində də oynadım”.

Platyenin sözlərinə görə, həmin vaxt müharibə təhlükəsinə görə ona “Neftçi”yə keçmək tövsiyə edilməyib: “Məsləhət verən insanlara dedim ki, baxın, mənə müharibə maraqlı deyil. Orada bunkerdə yaşayacağam və pul yığacağam”.

Qeyd edək ki, Melvin Platye 2013/2014 mövsümündə “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər