“Neftçi”yə nigeriyalı hücumçudan şad xəbər
Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” ilə oyununda zədələnərək əvəzlənən Aoron Olanarenin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, nigeriyalı hücumçu artıq komanda ilə məşqlərə qoşulub.
29 yaşlı forvardın XIII turda “Sumqayıt”la matçda iştirak etmək ehtimalı yüksəkdir.