Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Msport.az xəbər verir ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.