featured-image-77162

MLS-in Şərq Konfransında 8-ci turun oyunları keçirilib.

Msport.az.xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin şərəfini qoruduğu “Kolambus Kryü” səfərdə “Nyu-İnqlənd Revallüşn”ın qonağı olub.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nəriman 88-ci dəqiqədə bütün qollar vurulduqdan sonra  meydana daxil olub.

Hesabında 6 xalı olan “Kolambus Kryü” turnir cədvəlində 12-ci yeri tutur.

Bənzər xəbərlər