featured-image-37967

“Çətin oyun oldu. Birinci hissədə daha çox topsuz qaldıq. Bununla da ikinci hissə üçün işimizi gördük. Fasilədən sonra isə daha çox əks-hucumlar qurmağa və qol vurmağa çalışdıq. Səfərdə oynadığımızı da nəzərə alsaq, nəticə qənaətbəxş oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

“Adətən rəqib komanda hesabı bərabərləşdirdikdən sonra müəyyən psixoloji üstünlük qazanır. Yenidən əvvəlki duruma qayıtmaq üçün 2-3 dəqiqə vaxt lazım olur. Bizdə də “Sabah” qol vurduqdan sonra belə hal yaşandı. Şükürlər olsun ki, 1 xal qazandıq və xal ehtiyatımızı artırdıq” – deyə o bildirib.

Bənzər xəbərlər