Neymarın Avropaya qayıtmaq yolu
Neymar “Mançester Yunayted”in diqqətini çəkib.
Msport.az xəbər verir ki, braziliyalı ilə azad agent kimi müqavilə imzalamaq ehtimalı ilə bağlı danışıqlar aparılır.
Neymarın “Santos”la müqaviləsi ilin sonuna qədərdir. Bu səbəbdən onun azad agent kimi transferinə hazırlıqlara başlanılıb. Klubun futbolçuya yüksək maaş təklif edəcəyi gözlənilir. “Mançester Yunayted” bu transferlə hücum xəttində əlavə güc qazanmaq istəyir.
Qeyd edək ki, 33 yaşlı Neymar karyerası ərzində “Barselona”, PSJ və Qətərdəki “Əl-Hilal” kimi böyük klublarda çıxış edib.







