featured-image-70010

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Msport.az xəbər verir ki, nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə Liqalarında da oynayıb. Metyu Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Bənzər xəbərlər