featured-image-36273

Nigeriyalı futbolçu Kristian İrobiso Azərbaycan klubuna keçməkdən imtina edib.

Msport.az xəbər verir ki, Rumıniyanın “Petrolul” klubunun hücumçusu adı açıqlanmayan Premyer Liqa təmsilçisi ilə danışıq aparıb.

Hətta klubların anlaşmağa çox yaxın olduqları da bildirilib. Lakin transfer son anda baş tutmayıb. 30 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir. Çünki həmin ölkənin II Liqa təmsilçilərindən biri “Petrolul”un 170 min avroluq tələbini qarşılığında hazırdır. İrobiso sentyabrın 1-dək yeni klubu ilə anlaşmasa, “Petrolul”da qalacaq.

Qeyd edək ki, Kristian İrobisonun Rumıniya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Bənzər xəbərlər