“Nitsa”nın döyülən futbolçuları komandanı tərk edəcək
Azarkeşlər tərəfindən döyülən Jeremi Boqa və Teremas Moffi “Nitsa” klubunu tərk etmək niyyətindədirlər.
Msport.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Hər iki futbolçu komandanın zəif çıxışına görə fanatların hücumuna məruz qalıb. Hadisə “Nitsa”nın “Loryan”a 1:3 hesabı ilə uduzduğu oyundan sonra baş verib. Məğlubiyyətdən sonra 400-ə yaxın azarkeş klubun bazasının qarşısına toplaşıb. Onlar əvvəlcə baş məşqçini istefaya səsləyiblər. Daha sonra isə fanatlar futbolçulara hücum ediblər.
Ən çox zərbə alan Moffi və Boqa olub. Hər iki oyunçu irqçi təhqirlərə də məruz qalıb.
İnsidentdən sonra futbolçular komandanı tərk etmək fikrinə düşüblər.







