featured-image-72275

“Nitsa” azarkeşləri komandanın futbolçularını döyüblər. Msport.az xəbər verir ki, hadisə Fransa Liqa-1-in 14-cü turunun “Loryan” – “Nitsa” oyunundan (3:1) sonra baş verib.

“Nitsa” futbolçuları səfər matçından sonra bazaya qayıdanda onları orada 400-ə yaxın fanat gözləyib. Komandanın nəticələrindən qəzəbli olan azarkeşlər baş məşqçi Frank Ezanı istefaya çağırıblar. Fanatlar futbolçuların üzünə tüpürüb, onları vurmağa başlayıblar.

Ən çox döyülən Jeremi Boqa ilə Teremas Moffi olub.

17 xalı olan “Nitsa” turnir cədvəlində 10-cu yeri tutur. Fransa təmsilçisi Avropa Liqasında xalsız qalıb və sonunci yerdədir.

Bənzər xəbərlər