featured-image-13410

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Kostas Manolasla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

31 yaşlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubunda davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Bənzər xəbərlər