"Olimpiakos"un iki futbolçusu zədələndi - "Qarabağ"la oyundan əvvəl
“Olimpiakos”un iki əsas futbolçusu “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.
Msport.az xəbər verir ki, qapıçı Tomaş Vatslik Çexiya millisinin heyətində zədə alıb.
33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur matçında xəsarət alıb. O, 46-cı dəqiqədə əvəzlənib.
Cənubi koreyalı Hvan Uy Co isə Kamerunla yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.