featured-image-39808

Belçika millisinin futbolçusu Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin son turunda Azərbaycanla keçiriləcək oyunu buraxacaq.

Msport.az xəbər verir ki, buna səbəb gənc yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Baldır nahiyəsindən xəsarət alan 22 yaşlı oyunçunun tibbi müayinədən sonra millimizlə görüşdə iştirak edə bilməyəcəyi dəqiqləşib. Bu səbəbdən Onana yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Bənzər xəbərlər