featured-image-36233

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 20:00-da, mətbuat konfransı isə 21:20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Bənzər xəbərlər