featured-image-13989

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov komandasının Tovuzda keçirilən oyununu stadiondan izləyib.

Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə” səfərdə “Turan Tovuz” üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri olan Məmmədov matçı Tovuz rayon icra hakimi Məmməd Məmmədovla birgə izləyib.

“Zirə”nin fəxri prezidenti daha sonra komandasının səfər qələbəsi haqqında tviterdə paylaşım edib: “Komandamız “Zirə”  geridönüş edərək Tovuzda “Turan”a qalib gəldi. Son oyundakı məyusluqdan sonra futbolçulara göstərdikləri ustalıq və peşəkarlığa görə öz təşəkkürümü bildirirəm. “Zirə” ilə zirvəyə”. 

media-изображение_2022-10-02_115503073

media-Fd_iaGSWQAc5TDQ

Bənzər xəbərlər