Osimhen “Fənərbağça” ilə oyunu buraxacaq?
Nigeriya millisinin heyətində zədələnən “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin durumu bəlli olub.
Msport.az xəbər verir ki, hücumçu bu gün MRT müayinəsindən keçib.
Klubun yaydığı açıqlamada bildirilib ki, Osimhenin sol arxa əzələsində orta dərəcəli gərginlik (gərilmə və qanaxma) aşkarlanıb. Onun müalicəsinə başlanılıb. İstanbul klubunun liderinin qarşıdan gələn “Fənərbağça” ilə derbi matçına qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbağça” – “Qalatasaray” matçı dekabrın 1-də Superliqanın 14-cü turunda keçiriləcək.







