featured-image-21950

Qış fasiləsində “Qarabağ”dan ayrılan Kvabena Ovusu Macarıstan “Ferentsvaroş”unda qol hesabını açıb.

Msport.az-ın məlumatına görə, qanalı hücumçu səfərdə “Pakş”a qarşı keçirilən ölkə çempionatının XVII tur oyununda fərqlənib.

Matça ehtiyatda başlayan 26 yaşlı forvard 65-ci dəqiqədə meydana daxil olub və cəmi 7 dəqiqə sonra rəqib qapısına yol tapıb. Afrikalı futbolçu hesabı bərabərləşdirən qola imza atıb.

Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada qonaqlar öndədir – 2:1.

Qeyd edək ki, “Ferentsvaroş” Kvabena Ovusu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.

Bənzər xəbərlər