featured-image-43413

Azərbaycan Premyer Liqasının 22-ci turunun son oyununda “Araz Naxçıvan” “Dalğa Arena”da  “Neftçi” üzərində minimal hesabla qələbə qazanıb – 1:0.

Msport.az xəbər verir ki, matçdan sonra paytaxt klubunun baş məşqçisi  Miodraq Bojoviç media nümayəndələrinin suallarını cavablandırıb:

– Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.

Monteneqrolu mütəxəssis “Neftçi”nin qapısına təyin olunan penalti epizodunu görmədiyini bildirib: Mənim olduğum yerdən görünmürdü”

Bənzər xəbərlər