featured-image-43731

“Fikrimcə, pis oynamadıq, mübarizə apardıq. Sadəcə, qol çatmadı”.

Msport.az xəbər verir ki. bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Abdinov Belarusda təşkil olunan beynəlxalq turnirdə ev sahiblərinə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, yaşda özlərindən böyük futbolçularla oynamaq asan deyil: “Güclü kollektivə qarşı oynadıq. Rəqibə layiqli müqavuimət göstərdik. Düşünürəm ki, bizdə alındı”.

Abdinov turnirə bütün oyunlarda qələbə qazanmaq üçün gəldiklərini söyləyib: “Düzdür, ilk matçda bu alınmadı. Amma növbəti görüşlərdə hər şey daha yaxşı olacaq”.

Bənzər xəbərlər