featured-image-29792

“Qarabağ” Azərbaycan Premyer Liqasının 34-cü turunda “Səbail” üzərində parlaq qələbə qazanaraq (3:0) çempionluğu rəsmiləşdirdi.

Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov CBC Sport-a açıqlamasında çempionluq şərhi belə olub:

“Futbolçularımı təbrik edirəm. Çox sevinirəm ki, futbolçularım bu il bunu bacardılar. Düşünürəm ki, layiq idilər. İlin əvvəlindən bu günə kimi hər oyuna çempionluq istəyi ilə çıxdılar. Azarkeşlərimizi təbrik etmək istəyirəm. İlboyu bizimlə birgə oldular. Öz komandamla, futbolçularımla fəxr edirəm”.

Qurbanov Çempionlar Liqası öncəsi heyəti genişləndirməyə çalışacaqlarını bildirib: “Bu gün komandanın hədəfi barədə danışa bilmərik. Məqsədimiz daha irəli getməkdir. Komandanı Çempionlar Liqasına necə hazırlaşdıracağıq, bunu bu gündən demək çətin olar. Amma planlarımız var. Çox istəyirik ki, bəzi dəyişikliklər edək. Alınsa, istəyirik heyətimizi daha da genişləndirək. Hər bir halda çalışacağıq ki, ilk oyuna ciddi hazırlaşaq və daha da yaxşı nətixələr göstərək”.

Ağdam klubunun çalışdırıcısı qarşıdakı iki turda heyətdə rotasiyalar olacağını desə də, futbolçularının formadan düşməsini istəmədiyini vurğulayıb:

“Heyətdə dəyişiklik olacaq. Amma mövsümün sonuna kimi istərdim futbolçularım daha yaxşı performansda olsunlar. Uzun müddət istəməzdim ki, öz formalarını itirsinlər. Çünki çempionatdan sonra istirahət müddəti də olacaq. Çalışacağıq ki. rotasiyalar edək, amma hər bir futbolçunun idman formasını qoruyaraq”.

Bənzər xəbərlər