featured-image-37562

Niderland birinci divizionunda 6-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə “Ayaks”ın ikinci komandası ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər oynayıb. Komandasının bərabərlik qolunu da 90+2-ci dəqiqədə məhz Ozan Can vurub.

Bu oyundan sonra “Eyndhoven” 10 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər