"Özümə sual verirdim ki, bundan sonra necə yaşayacam" - Kriştiano Ronaldonun xanımı
Portuqaliyalı millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun xanımı Corcina Rodriqes yeni doğulmuş övladını itirərkən hansı hisslər yaşadığından danışıb.
Msport.az “Mirror”a istinadən xəbər verir ki, o, həyatın ən ağır dönəmindən keçdiyini bildirib:
“Qısa vaxt ərzində həyat mənə çox şey hədiyyə edib. Bu il həyatımın ən yaxşı və ən pis anını eyni anda yaşadım. Ürəyim partlayırdı və özümə sual verirdim ki, bundan sonra necə yaşaya bilərəm? Cavab gözlədiyimdən də yaxında imiş. Uşaqlarımın gözünə baxdım və gördüm ki, bunları unutmağın yeganə yolu bir yerdə olmaqdır”.
Xatırladaq ki, aprelin 18-də Corcinyanın ekiz – oğlan və qız dünyaya gətirdiyi məlum oldu. Ancaq oğlan uşağı vəfat etdi. Bu haqda Kriştiano Ronaldo həmin vaxt sosial şəbəkələrdə paylaşım etmişdi.